Almaniyann sabiq kansleri Türkiyə prezidenti R.T. Ərdoğanla görüşündən bir dialoq paylaşıb.
Qaziler.az Türkiyə mediasına istinadla xəbər verir ki, Merkel vəzifədə olarkən Almaniyada yaşayan türklərin də baş naziri olduğunu bildirib.
Vəzifəsindən ayrıldıqdan sonra ilk televiziya müsahibəsini Almaniyanın ZDF kanalına verən Merkel Ərdoğanla dialoqundan danışıb. Merkel Almaniyada olan bütün insanların kansleri olduğunu söyləyib:
“Bu mövzunu prezident Ərdoğanla tez-tez danışırdım. Hər zaman bunu deyirdim: Mən onların da kansleriyəm, Almaniya hər kəsi əhatə edir”, - Merkel qeyd edib.
QAZİLER.AZ