Türkiyə nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Türkiyə nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib backend

Azərbaycanda səfərdə olan Türkiyənin gömrük və ticarət naziri Cenap Aşçı rəhbərlik etdiyi nümayəndə heyəti ilə oktyabrın 2-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.



AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanına gələn türkiyəli qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Nümayəndə heyəti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önünə də əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər Xiyabanının tarixi və şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Diaspora