Slovakiyada parlament seçkiləri keçiriləcək

Slovakiyada parlament seçkiləri keçiriləcək backend

Bu gün Slovakiyada birpalatalı Milli Şuraya (parlament) deputatların növbədənkənar seçkiləri keçiriləcək.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, bu, 1993-cü il yanvarın 1-də elan edilmiş suveren dövlətin tarixində dördüncü növbədənkənar seçki və çoxpartiyalılıq əsasında doqquzuncu parlament seçkisidir.

Belə ki, 5,449 milyon əhalisi olan Slovakiyada 4,3 milyona yaxın seçici seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçmiş 25 siyasi qurumdan - 24 partiya və bir partiya koalisiyasından hansının 150 yerlik ali qanunverici orqana öz namizədini irəli sürəcəyini müəyyən edəcək.

Slovakiya qanunvericiliyinə görə, Milli Şuraya daxil olmaq üçün seçkilərdə iştirak edən partiyalar ən azı 5 faiz, partiya koalisiyaları isə ən azı 7 faiz səs toplamalıdır.

Slovakiyada təxminən 6 min seçki məntəqəsi yerli vaxtla saat 07:00-da açılacaq və 22:00-da bağlanacaq. Bundan sonra exit-poll nəticələrinin açıqlanması gözlənilir. Seçkilərin yekun nəticələri bazar günü, oktyabrın 1-də açıqlanmalıdır. İlk dəfə olaraq 185 minə yaxın vətəndaş parlament seçkilərində səs verə biləcək.

Slovakiya prezidenti Zuzana Çaputova bir müddət əvvəl bildirib ki, yeni hökumətin qurulmasını seçkilərdə ən böyük uğur qazanan partiyanın liderinə həvalə edəcək.

Bu arada, slovakiyalı politoloqların fikrincə, seçkilərin nəticələrinə görə parlamentdə siyasi qüvvələrin uyğunlaşdırılması çətin keçərsə və deputatların əksəriyyətinin formalaşmaqda olan hökuməti dəstəkləməsinə imkan verməsə, hökumət koalisiyasının yaradılması ilə bağlı danışıqlar uzana bilər.

 

 

Diaspora