Çinin “Chang`e-6” zondu 2024-cü ildə qrunt toplamaq üçün Ayın qaranlıq tərəfinə göndəriləcək. Bu, Yerin təbii peykinin kəşfiyyatı tarixində ilk belə layihə olacaq.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Çin Milli Kosmik İdarəsi (CNSA) xəbər yayıb.
Bildirilir ki, hazırda Ayın tədqiqi proqramı üçün “Chang`e-6” missiyasının inkişafı plana uyğun olaraq davam edir.
Buraxılış təxminən 2024-cü ilə planlaşdırılır.
Hesabatda, həmçinin qeyd olunur ki, Ayın qaranlıq tərəfindən ilk dəfə qrunt toplanacaq. İndiyədək toplanan bütün nümunələr Yerin peykinin görünən hissəsindən götürülüb.
Zondun eniş yeri kimi Cənub Qütbü - Eytken hövzəsindəki ərazi seçilib.
Zond “Queqiao-2” peyki ilə müşayiət və idarə olunacaq.