Livanın paytaxtı Beyrutda 25 polis əməkdaşı yaralanıb.
Lent.az-ın Livanın rəsmi NNA agentliyinə istinadən verdiyi məlumata görə, Livanın Daxili İşlər Nazirliyi 1500 nəfərdən ibarət erməni əsilli şəxsin cümə axşamı günü Azərbaycan səfirliyinin binasına hücumu ilə bağlı açıqlama yayıb. Bildirilib ki, təcavüzkar qrupun qarşısı asayiş qüvvələri tərəfindən alınıb. Qarşıdurmada 25 polis əməkdaşı yaralanıb.