27 il sonra: Repçinin qatili olduğu iddia edilən şəxs Las-Veqasda saxlanılıb

27 il sonra: Repçinin qatili olduğu iddia edilən şəxs Las-Veqasda saxlanılıb backend

Polis 27 ildən sonra reper Tupakın mümkün qatilini həbs edib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Las-Veqasda reper Tupak Şakurun qatilində şübhəli bilinən şəxs həbs edilib.

Reper Tupak Şakurun 27 il əvvəl baş vermiş qətlinin sağ olan şahidlərindən biri ittiham olunub. Bu barədə AP News sentyabrın 29-da məlumat yayıb.

"Dwayne "Keff D" Devis uzun müddətdir ki, müstəntiqlərə məlumdur. 2019-cu ildə yazdığı "A Compton Street Legend" adlı memuarında özü 1996-cı ilin sentyabrında reperi vurmaq üçün istifadə edilən avtomobildə olduğunu etiraf edib".

Devis Nevada məhkəməsində qətldə ittiham olunub. Baş prokurorun müavini Mark DiGiacomo, məhkəmənin bir neçə aydır davam etdiyini və Devisin sənətçinin "ölümünə əmr verən"in olduğuna inanıldığını söylədi.

1996-cı ildə Las-Veqasda "Cadillac" markalı avtomobillə vurularaq öldürüləndə Tupak 25 yaşında idi.

QAZİLER.AZ

 

Diaspora