Rusiya İsveçdə rusofobiyanın təzahürünü qəbuledilməz sayır - Zaxarova

Rusiya İsveçdə rusofobiyanın təzahürünü qəbuledilməz sayır - Zaxarova backend

Rusiya İsveç kimi demokratik və hüquqi dövlətdə rusofobiyanın təzahürünü qəbuledilməz hesab edir.

Qaziler.az bildirir ki, bunu sentyabrın 29-da Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“İsveçdəki rusofob təbliğat kampaniyasının yeni dalğası həm də ən azı 20 min nəfəri bu Skandinaviya ölkəsində yaşayan rus soydaşlarımıza qarşı yönəlib. Biz bu vəziyyəti  demokratik və hüquqi dövlət üçün qəbuledilməz hesab edirik”, - deyə Zaxarova bildirib.

QAZİLER.AZ

 

Diaspora