Rusiyanın Yekaterinburq şəhərində müəllimlərə WhatsApp və Telegram-da valideynlərlə əlaqə saxlamaq qadağan edilib.
Qaziler.az bildirir ki, Yekaterinburqda müəllimlərə WhatsApp və Telegram-da məktəblilərin valideynləri ilə əlaqə saxlamaq qadağan edilib. Bu barədə e1.ru məlumat yayıb.
Nəşrin məlumatına görə, Yekaterinburq məktəblilərinin valideynləri sinif rəhbərlərindən WhatsApp və Telegram messencerlərindən müəllimlərlə ünsiyyət vasitəsi kimi istifadəni dayandırmaq barədə bildirişlər almağa başlayıblar. Onlara kağız gündəliyindən istifadə edərək müəllimlərlə ünsiyyət qurmaq təklif olunur.
e1.ru saytının təqdim etdiyi yazışmaların skrinşotundan belə görünür ki, bu messencerlərdə valideynlərlə müəllimlər arasında əlaqə oktyabrın 1-dən dayandırılacaq. Nəşr qeyd edir ki, bu tədbir məktəb rabitəsini VKontakte və Sferum tərəfindən hazırlanmış yerli platformaya köçürmək üçün atılıb.
QAZİLER.AZ