Norveç oktyabrın 3-dən Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan edəcək.
Qaziler.az bildirir ki, bu barədə krallığın hökuməti sentyabrın 29-da məlumat verib.
Norveç və Avropa İqtisadi Bölgəsi (AİB) vətəndaşlarına və onların Rusiyada daimi yaşayan ailə üzvlərinə, habelə diplomatlara, beynəlxalq təşkilatlara və kuryer xidmətlərinə məxsus avtomobillər istisna olacaq. Kəskin xəstəlik, ölüm və ailə dəfnləri kimi humanitar səbəblərə görə də girişə icazə veriləcək.
Xüsusi olaraq qeyd olunub ki, tutumu on nəfərdən çox olan avtomobillərin Norveçə buraxılması davam edəcək.
QAZİLER.AZ