Macarıstanın baş naziri Viktor Orban bildirib ki, o, ölkə parlamentində iki il ərzində Ukraynanın Avropa İttifaqına üzvlüyünə səs vermək üçün böyük istək görmür.
Bu barədə Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir.
O vurğulayıb ki, Ukraynanın Avropa İttifaqına üzv olması üçün bütün üzv dövlətlərin razılığı lazımdır.
“Mən Macarıstan parlamentinə baxıram və iclas zalında iki il ərzində Ukraynanın Avropa İttifaqına üzvlüyünə səs vermək üçün bu istəyi hiss etmirəm”, – Orban deyib.
QAZİLER.AZ