“Birləşmiş Ştatlar bu ilin sonuna qədər Vaşinqton zooparkında olan üç pandanı Çinə qaytarmalıdır”.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib.
ABŞ-ın Çin ilə imzaladığı vəhşi təbiətin qorunması agentliyi ilə üç illik müqaviləsinin müddəti dekabrda başa çatır və Pekin onu yeniləməkdən imtina edib.
O, brifinq zamanı bildirib ki, Vaşinqtondakı Milli Zooparkda müvəqqəti məskunlaşan pandalar Meixiang, Tiantian və Xiao Qiji planlaşdırıldığı kimi bu ilin sonunda vətənlərinə qaytarılacaq.
QAZİLER.AZ