“Rusiya prezidenti Vladimir Putin sentyabrın 29-da hərbçilərlə görüş keçirə bilər”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlama verib. O bildirib ki, prezident bu gün Kremldə işləyir.
“Bu gün biz hərbçilərlə ünsiyyəti istisna etmirik. Biz sizə əlavə təfərrüatları təqdim edəcəyik və məlumat verəcəyik”, – Peskov bildirib.
Qeyd edək ki, ötən gün Rusiya lideri “Vaqner” XHT-nin komandiri Andrey Troşev və müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovla görüş keçirib.
QAZİLER.AZ