“Mitsubishi Motors”un satışlarının azalması səbəbindən Çində avtomobil istehsalını dayandıracağı bildirilir.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, bu barədə rəsmi Kyodo agentliyi məlumat yayıb.
Geri çəkilmə qərarının şirkətin Çində satışlarının azalması və Çin bazarının elektriklə işləyən avtomobillərə doğru getdikcə artması ilə əlaqədar olduğu bildirilib.
Yapon şirkətinin yerli istehsal tərəfdaşı ilə danışıqlardan sonra rəsmi qərarı açıqlayacağı və istehsal resurslarını Cənub-Şərqi Asiya bazarına keçirəcəyi gözlənilir.
Qeyd edilib ki, “Mitsubishi” ötən il Çində 32.000-dən az avtomobil satıb. Bu, 2021-ci illə müqayisədə təxminən 50 faiz azalma deməkdir.
QAZİLER.AZ