Polşanın müvəqqəti işlər vəkili Belarus XİN-ə dəvət olunub

Polşanın müvəqqəti işlər vəkili Belarus XİN-ə dəvət olunub backend

Polşanın müvəqqəti işlər vəkili Martin Voyçexovski Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Polşa helikopteri tərəfindən sərhədin növbəti dəfə pozulması ilə əlaqədar polşalı diplomata kəskin etiraz edilib”, - bəyanatda deyilir.

Departament vurğulayıb ki, Polşa hakimiyyət orqanları tərəfindən susmaq və bu faktı təkzib etmək açıq şəkildə gülünc görünəcək.

Belarus Xarici İşlər Nazirliyi Polşadan baş verənlərlə bağlı dərhal araşdırma aparmağı və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün tədbirlər görməyi tələb edib.

QAZİLER.AZ

Diaspora