"Putin Moskvada məscid tikmək ideyasını dəstəkləyib" - Kadırov

"Putin Moskvada məscid tikmək ideyasını dəstəkləyib" - Kadırov backend

“Rusiya prezidenti Vladimir Putin Moskvada Cənubi Butovoda yeni məscid tikilməsi ideyasını dəstəkləyib”.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, bu, onların Kremldəki görüşündə baş verib.

Məscid Çeçenistan Respublikasının birinci prezidenti Axmat-Xaji Kadırovun adını daşıyan küçədə tikiləcək.

“Rusiya prezidenti Vladimir Putinlə görüşümün pərdə arxasında qalan suallardan birinin təfərrüatlarını sizə danışacağam. Söhbət əsnasında mən Cənubi Butovoda Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat-Xadji Kadırovun adını daşıyan küçədə yeni məscidin tikilməsi mövzusuna da toxundum. Vladimir Vladimiroviçin dövlətimizin paytaxtında yeni məscid tikmək ideyasını dəstəklədiyinə çox şadam”, - paylaşımda deyilib.

QAZİLER.AZ

Diaspora