“Rusiyada koronavirus infeksiyasına yoluxma hallarında müəyyən artım var”.
Qaziler.az xəbər verir ki, bu sözləri Rusiyanın səhiyyə naziri Mixail Muraşko “Rossiya-1” telekanalının “Vesti” proqramında bildirib.
O bildirib ki, koronavirusun gedişatı o qədər də aqressiv inkişaf formatına malik deyil.
“Bu gün diqqət yetirmək istədiyimiz bir neçə infeksiya var. Təbii ki, artım halları yeni koronavirus infeksiyası ilə bağlıdır. Amma demək istəyirəm ki, gedişatında elə aqressiv inkişaf formatı yoxdur. Xəstəxanaya yerləşdirilənlərin sayı da azdır”, nazir deyib.
QAZİLER.AZ