Avqust ayı ərzində Çin istehsalçıları Avropada rəqiblərindən daha çox avtomobil satmağı bacarıblar.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, Avropa istehsalçıları elektrikli avtomobilləri ilə uğurlu transformasiyaya məruz qalan Çin markalarının tempinə yetişməkdə çətinlik çəkirlər.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatlarına görə, Çin istehsalçıları avqust ayında Avropalı rəqibləri ilə müqayisədə satışlarını əhəmiyyətli dərəcədə artırıblar.
Məsələn, BYD avqust ayının qaliblərindən biri olub. 2022-ci ilin avqust ayında bu avtomobildən cəmi 186 ədəd sata bilən istehsalçı bu il bu rəqəmi 2685 ədədə çatdıra bilib.
BYD-nin “Atto 3” modeli 2 min 559 ədəd satış rəqəmi ilə “Mercedes E-Class”, “BMW 5 Series” və “4 Series” kimi modelləri geridə qoyub.
Digər Çin avtomobili MG4 adını Avropada ən çox satılan 40 model arasında yazmağı bacarıb.
Avropa İttifaqı hesab edir ki, Çinin ucuz elektrik cihazları gələcəkdə Aİ bazarına ciddi ziyan vuracaq. Odur ki, Avropa Komissiyası qitədəki avropalı avtomobil istehsalçılarını qorumaq üçün Çin elektromobil istehsalçılarına əlavə vergilər tətbiq etməyi düşünür.
QAZİLER.AZ