Yunanıstan ikinci dəfə sel fəlakəti ilə üz-üzə

Yunanıstan ikinci dəfə sel fəlakəti ilə üz-üzə backend

Yunanıstanın Tesalya bölgəsində sentyabrın əvvəlində baş verən sel fəlakətindən sonra yağan güclü yağışlar səbəbindən yenidən daşqınlar baş verib.

Qaziler.az bildirir ki, Yunanıstanın Tesalya bölgəsində başda Volos, Pilio, Larisa və Farsala olmaqla evlər, iş yerləri, əkinçilik sahələri və yollar su altında qalıb, sürüşmə nəticəsində bir çox yollar nəqliyyatın hərəkətinə bağlanıb.

Güclü yağışlar səbəbindən Volosun böyük bir hissəsinə elektrik enerjisinin verilməsi dayandırılıb.

Volos xəstəxanasını yenidən su basıb və Mülki Müdafiə Bölməsi Volosdakıların cib telefonlarına təcili mesaj göndərərək çölə çıxmamaları barədə xəbərdarlıq edib.

QAZİLER.AZ

Diaspora