İndoneziya sosial media platformalarında satışı qadağan etdi

İndoneziya sosial media platformalarında satışı qadağan etdi backend

İndoneziyanın ticarət naziri Zülkifli Həsən sosial media platformalarında satışın qadağan edildiyini açıqlayıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, "Tech in Asia"nın xəbərinə görə, Həsən paytaxt Cakartada keçirdiyi mətbuat konfransında sosial media platformalarında satışı qadağan etdiklərini və sözügedən qaydaya uyğunlaşmaq üçün bir həftə vaxt verildiyini söyləyib.

Hökumətin üzbəüz satış edən müəssisələri qorumağı hədəflədiyini qeyd edən Həsən, bu qərarla "ədalətli və dürüst rəqabət" təmin etməyə çalışdıqlarını vurğuladı.

Nazir Həsən bazar ertəsi verdiyi açıqlamada qeyd edib ki, sosial media və e-ticarət bir-birindən ayrılmalı və şəxsi məlumatların kommersiya məqsədləri üçün istifadəsinin qarşısı alınmalıdır.

Qeyd olunur ki, sosial media platformalarında satış qadağasının ən çox TikTok-a təsir edəcəyi gözlənilir.

TikTok-un Cənub-Şərqi Asiyada 325 milyon aylıq aktiv istifadəçisi olduğu, bunun 125 milyonunun İndoneziyada olduğu bildirilir.

QAZİLER.AZ

Diaspora