Dövlət Baş Prokurorluğundan verilən açıqlamada qaçırılan gənclərdən 6-nın cəsədinin Zakatekas şəhərində tapıldığı, digərinin isə ağır xəsarətlərlə xəstəxanaya aparıldığı bildirilib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, ştat hökumətinin baş katibi Rodriqo Reyes Mugüerza açıqlamasında gənclərin yaxınlarının ifadələri əsasında istintaqın davam etdiyini qeyd edib.
Gənclərin qaçırılmasında əli olduğu ehtimal edilən 2 nəfərin saxlanıldığı və əməliyyatların davam etdirildiyi barədə məlumat yayılıb.
Xatırladaq ki, ötən gün Zakatekas şəhərində 7 gənc silahlı şəxslər tərəfindən qaçırılmışdı.
QAZİLER.AZ