Ukrayna qoşunlarının F-16 qırıcılarından istifadə etməsi kifayət qədər ciddi rol oynayır və əlbəttə ki, cəbhədə də özünü göstərəcək. İşğalçıların müdafiəsini yarmaq üçün müvafiq əməliyyat planlaşdırmaq lazım gələcək.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun mətbuat xidmətinin rəhbəri İlya Yevlaş telemarafonun efirində məlumat verib.
Yevlaş qeyd edib ki, bu, hələ də gəlməkdə olan yeni silah növləri ilə birlikdə planlaşdırılmış əməliyyat olmalıdır. Hərbçilər həmçinin HIMARS kimi dəqiq uzaqmənzilli silahlardan, həmçinin Storm Shadow/SCALP EG raketlərindən istifadə etməli olacaqlar.
QAZİLER.AZ