Mərakeşdə sentyabrın 8-nə keçən gecə baş verən zəlzələdə həyatını itirənlərin sayının 2 960-a yüksəldiyi açıqlanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Mərakeş hökumətinin sözçüsü Mustafa Baytaş Nazirlər Kabinetinin iclasından sonra mətbuata açıqlama verib.
Baytaş, zəlzələnin balansında artım olduğunu və ölənlərin sayının 2 960-a yüksəldiyini söyləyib.
Baytaş bildirib ki, hesablama prosesi başa çatdıqdan sonra bu sentyabrdan başlayaraq bir il ərzində zəlzələdən zərər çəkmiş hər ailəyə aylıq 2500 dirhəm (250 ABŞ dolları) məbləğində ödəniş ediləcək.
QAZİLER.AZ