ABŞ-da universitetə basqında ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB

ABŞ-da universitetə basqında ölənlərin sayı 13-ə çatıb - YENİLƏNİB backend

ABŞ-ın Oreqon ştatının Roseburq şəhərində Umpqua Universitetində baş vermiş silahlı insident nəticəsində ölənləri sayı 13-ə çatıb.



Lent.az-ın məlumatına görə, hadisə zamanı 20 nəfər də yaralanıb.

**
07:57
ABŞ-ın Oreqon ştatında kolleclərin birində atışmanı yerli sakin törədib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “New York Times” nəşri məlumat yayıb.

Məlumata əsasən, hüquq-mühafizə orqanlarındakı mənbə cinayətkarın kimliyini açıqlayıb - bu 26 yaşlı Rosberq şəhərinin sakini Kris Xarper Merserdir.

İlkin məlumata görə, onun üzərində 3 tapança və 1 tüfəng aşkarlanıb.

Məlumatlara əsasən, insidentdən əvvəl Kris Xarper sasial şəbəkələrin birində atışma törətmək niyyətində olduğunu açıqlayıb. Kria Xarper bu addımın onun xəbərlərin qəhrəmanı olmaq üçün yeganə şans olacağını bildirmişdi.

Qeyd edək ki, Oreqon ştatının Rezberq şəhəri yaxınlığındakı kollecdə baş vermiş atışma nəticəsində 10 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

Silahlı hücumu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları ilə atışma zamanı öldürülüb.

Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama hadisə ilə əlaqədar xalqa müraciətində Konqresi silah nəzarəti sahəsində qanunvericiliyi sərtləşdirməyə çağırıb. Obamanın bundan əvvəl baş vermiş qanlı insidentlərlə bağlı bir neçə dəfə irəli sürdüyü analoji təşəbbüslər Konqresdə rədd edilmişdi.
Diaspora