Oktyabrın 1-nə keçən gecə İstanbulda tanınmış jurnalist Ahmet Hakanı vəhşicəsinə döyən şəxslərlə bağlı bəzi faktlar üzə çıxıb. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, həbs edilənlərdən 2-nin Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olduğu aydınlaşıb.
Kanal D-nin xəbərlər proqramında verilən məlumata görə, həbs edilən 4 nəfərin hamısı İstanbulun Fatih bölgəsində yaşayır və qohumdurlar. Onlardan ikisi hakim partiyanın üzvüdür.
Yaxalanan şəxslərin bir sıra cinayət əməllərinə görə əvvəllər məhkum olunduğu da bildirilir.