Dünyanın ən böyük kriptovalyuta birjası “Binance” Rusiyadakı bütün biznesini “CommEX”ə satmaq üçün müqavilə bağlayıb.
Bu barədə Qaziler.az UNİAN-a istinadla xəbər verir.
“Rusiya bazarını tam tərk etmək prosesi bir ilə qədər çəkəcək. Yaxın bir neçə ay ərzində “Binance” Rusiyadakı mübadilə xidmətlərini və digər biznes sahələrini bağlayacaq”, - “Binance”ın məlumatında qeyd edilib.
QAZİLER.AZ