Altay Regional Qanunvericilik Məclisinin deputatları mitinqlər haqqında regional qanuna düzəlişlər qəbul ediblər.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, dəyişikliklərdən biri də xarici agentlərin Altay diyarında mitinqlərinin təşkilinə qadağa qoyulması olub. Bundan əlavə, parlamentarilər aksiyaların qadağan olunduğu yerlərin siyahısını genişləndiriblər.
Təşəbbüsə əsasən, dövlət orqanlarının binalarında və ona bitişik ərazilərdə, hava limanlarında, qatar stansiyalarında, limanlarda, məktəblərin, universitetlərin, xəstəxanaların və kilsələrin ərazilərində mitinqlərin keçirilməsi qadağan ediləcək. Bundan əlavə, həyati dəstək obyektləri ərazisində etiraz aksiyaları təşkil etmək mümkün olmayacaq.
QAZİLER.AZ