Çində nəhəng daşınmaz əmlak şirkətinin sahibi yoxa çıxıb

Çində nəhəng daşınmaz əmlak şirkətinin sahibi yoxa çıxıb backend

Dünyanın ən çox borcu olan daşınmaz əmlak şirkəti çinli “Evergrande”nin patronundan xəbər yoxdur.

Qaziler.az TRT Haber-ə istinadla xəbər verir ki, “Bloomberg” Çinli patron Hui Ka Yanın polis tərəfindən evində saxlanıldığını iddia edib.

Bu xəbərdən sonra borc içində olan daşınmaz əmlak şirkətinin səhmləri bir gündə təxminən 15 faiz dəyər itirib.

Evergrande təxminən 330 milyard dollarla dünyanın ən çox borcu olan daşınmaz əmlak şirkətidir. Şirkətin borc öhdəliyi Çinin ümumi daxili məhsulunun təxminən 2 faizini təşkil edir.

Pekin hökuməti şirkətin müflis olmasının ölkə iqtisadiyyatında böhrana səbəb olacağından narahatdır.

QAZİLER.AZ

Diaspora