Afrikada Fransa əleyhinə etirazlar böyüyür. Afrikalılar artıq uzun illərdir müstəmləkəçilik edən fransızlara tabe olmurlar.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, Nigerdə yaşanan hərbi çevrilişdən sonra ölkədə arzuolunmayan Fransa səfiri bu gün səhər saatlarında Nigeri tərk edib.
Əvvəlcə vətəndaşlarını ölkədən təxliyə edən fransızlar daha sonra özləri gedib.
Qeyd edək ki, Nigerdəki yeni hökumət Fransanın hərbi və bürokratik varlığına son qoyulmasını tələb edib.
QAZİLER.AZ