“Miqrasiya sahəsində müasir çağırışlara uyğunlaşdırmaq üçün 1951-ci il Qaçqınlar Konvensiyasına yenidən baxılmalıdır”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman Vaşinqtondakı “American Enterprise” institutu qarşısında çıxışı zamanı deyib. O, xüsusilə sığınacaqla bağlı qaydaların yenidən nəzərdən keçirilməsini tələb edib.
"Qlobal miqrasiya böhranına səbəb olan ən əhəmiyyətli, lakin qiymətləndirilməmiş amillərdən biri sığınacaq qaydalarıdır. Bir ölkədə təqiblərdən qaçırsınızsa, mən hər hansı bir yerə sığınacaq tələb edə biləcəyinizi söyləyən müxtəlif hüquqi qüvvəyə malik konvensiyaları və müqavilələri nəzərdə tuturam. Qeyri-qanuni yolla və ya təhlükəsiz ölkələrdən gəlməyinizdən asılı olmayaraq, təyinat ölkəniz sığınacaq üçün müraciətinizi nəzərdən keçirməlidir”, - Braverman bildirib.
QAZİLER.AZ