ABŞ Federal Ticarət Komissiyası və 17 ştatın baş prokurorları “Amazon”a qarşı iddia qaldırıb.
Qaziler.az xəbər verir ki, bu barədə məlumat “Bloomberg”də dərc olunub.
Onlar hesab edirlər ki, şirkət rəqiblərin bazara daxil olmasına mane olmaqla, özünün “inhisar mövqeyindən” istifadə edir. Bundan əlavə, Amazon "qiymətlərin bahalaşmasına və innovasiyaların boğulmasına" səbəb olan siyasətlərdə ittiham olunur.
“İddiaya görə, “Amazon” qanunu böyük şirkət olduğu üçün deyil, mövcud rəqiblərin böyüməsinə və yeni rəqiblərin meydana çıxmasına mane olan siyasətə malik olduğu üçün pozur”, - komissiyanın yaydığı press-relizdə qeyd edilib.
QAZİLER.AZ