Rusiya Ədliyyə Nazirliyi Finlandiyanın “EastCham Finland” qeyri-hökumət təşkilatını və Amerikanın “Hudson” İnstitutunu Rusiyada fəaliyyəti arzuolunmaz kimi tanınan xarici və beynəlxalq qeyri-hökumət təşkilatları siyahısına əlavə edib.
Qaziler.az TASS-a istinadla yazır ki, müvafiq qərar departamentin saytında dərc olunan siyahıda yer alıb.
Qərarda qeyd olunub ki, Rusiya Federasiyasının Baş Prokurorluğu da “Hudson” İnstitutu və ”EastCham Finland”ın fəaliyyətini Rusiyada arzuolunmaz hesab edib.
QAZİLER.AZ