Son illər populyarlaşan elektrikli avtomobillər tədricən daxili yanma mühərriklərini əvəz edəcək. Çünki bir çox ölkələr gələcəkdə emissiya dəyərlərini sıfıra endirmək üçün artıq daxili yanma mühərriklərini qadağan etməyə başlayıblar.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, Çin şirkəti “Geely”yə məxsus avtomobil nəhəngi “Volvo” 2024-cü ildən etibarən dizellə işləyən avtomobillər istehsal etməyəcəyini açıqlayıb.
Şirkət ən son dizel avtomobilinin gələn il buraxılacağını bildirib. Bəyanatda aşağıdakı ifadələr yer alıb:
“Bir neçə aydan sonra dizel mühərrikli sonuncu “Volvo” avtomobili istehsal olunacaq və bu, “Volvo Cars”ı belə bir addım atan ilk köhnə avtomobil istehsalçılarından birinə çevirəcək”.
QAZİLER.AZ