Gürcüstan prezidenti Georgi Marqvelaşvili Moskva ilə qarşılıqlı faydalı münasibətlərin qurulacağına ümidvar olduğunu bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Georgi Marqvelaşvili Vaşinqtonun Vudro Vilson Mərkəzində çıxışı zamanı bildirib.
“Rusiya-Gürcüstan münasibətləri qarşılıqlı maraqlar üzərində qurulmalıdır, konkret insanlar üçün müsbət nəticələrə səbəb olacaq qərarlar qəbul olunmalıdır”, deyə Marqvelaşvili bildirib.
O rəsmi Tiflisin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi bir çox sanksiyaları dəstəklədiyini etiraf edib, lakin Rusiya ilə gələcəkdə qarşılıqlı faydalı münasibətlərin qurulacağına ümid etdiyini bildirib.