Rumıniya Rusiyanın bu gün, sentyabrın 26-da gecə saatlarında Ukraynanın mülki infrastrukturuna hücumlarını kəskin şəkildə pisləyir.
Bu barədə RBC-Ukrayna Rumıniya Müdafiə Nazirliyinin Twitter-nə istinadən məlumat yayıb.
"Rumıniya Milli Müdafiə Nazirliyi ötən gecə Rusiya tərəfindən Ukrayna mülki infrastrukturunun bəzi obyektlərinə və elementlərinə hücumlar zamanı real vaxt rejimində dövlət sərhədləri yaxınlığında hava vəziyyətini izləyib. Biz bu əsassız və qanunsuz hücumları qətiyyətlə pisləyirik", - deyə nazirliyin məlumatında deyilir.
QAZİLER.AZ