Somalinin Muduq bölgəsində həyata keçirilən hərbi əməliyyatda "Əş-Şəbab" terror təşkilatının 70 üzvü zərərsizləşdirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, yerli mətbuatda çıxan xəbərlərə görə, Somali Milli Ordusu həftə sonu Muduq bölgəsindəki Aad qəsəbəsində yerli milislərin dəstəyi ilə hərbi əməliyyat keçirib.
Əməliyyatda ən azı 70 "Əş-Şəbab" üzvü öldürülüb.
Somali İnformasiya Nazirinin müavini Əbdirəhman Yusuf Əl Adala mətbuata verdiyi açıqlamada Aad qəsəbəsində Əl-Şəbab üzvü terrorçuların yerləşdirildiyi düşərgələrdə əməliyyat keçirildiyini və çoxlu sayda təşkilat liderinin öldürüldüyünü bildirib.
QAZİLER.AZ