Əfqanıstanın şərqində ABŞ-a məxsus “С-130 Hercules” tipli hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NBC telekanalına ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi məlumat verib.
Bundan əvvəl qəza nəticəsində 5 mülki əməkdaş və 5 ABŞ hərbçisinin öldüyü bildirilmişdi.ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi polkovnik Brayan Tribus təyyarə qəzaya uğrayan an hadisə yerində olan iki Əfqanıstan vətəndaşının da öldüyünü bildirib.
Qəzanın səbəbləri hələlik məlum deyil. İlkin məlumata görə, təyyarə vurulmayıb.