Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan Kubanın Vaşinqtondakı səfirliyinə "molotov kokteyli" ilə hücumu pislədiklərini açıqlayıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki,Sullivan verdiyi yazılı açıqlamada, "ABŞ Kubanın Vaşinqtondakı səfirliyinə bildirilən hücumu şiddətlə qınayır" deyib.
Diplomatik binalara hücumların "qəbuledilməz olduğunu" bildirən Sullivan, araşdırma üçün Kuba səfirliyi rəsmiləri və hüquq-mühafizə orqanları ilə əlaqə saxladıqlarını qeyd edib.
Kubanın xarici işlər naziri Bruno Rodriguez Parrilla X sosial media platformasında verdiyi açıqlamada ABŞ yerli vaxtıyla bazar günü axşam Vaşinqtondakı Kuba səfirliyinə "molotov kokteyli" ilə "terror hücumu" həyata keçirildiyini bildirib.
QAZİLER.AZ