Almaniya gələn il qaçqınların qəbulu və inteqrasiyası xərclərini ödəmək üçün federal əyalətlərə ayrılan yardımın məbləğini iki dəfə azaltmağı planlaşdırır. Bu qərar bir neçə illik "səxavətli" xərclərdən sonra artan inflyasiyanın fonunda büdcə xərclərinin azaldılması tədbirləri çərçivəsində qəbul edilib.
Bu barədə RBC-Ukrayna “Reuters”ə istinadən xəbər verir.
Rusiyanın Ukraynaya təcavüzündən bu yana 1 milyondan çox insan Almaniyaya sığınıb və onların dəstəyi ölkənin şəhər və bələdiyyələrinin üzərinə "yük" qoyur. Almaniyanın 16 əyaləti gələn il qaçqınların xərclərini ödəmək üçün daha çox federal vəsait tələb edir.
Bazar ertəsi hökumət yerlərdəki hakimiyyət orqanlarını 2024-cü ildə qaçqınlara dəstək üçün bu il 3,75 milyard avrodan maksimum 1,7 milyard avro ayrılacaçağı haqda məlumat verib.
Almaniya hökuməti növbəti illərdə 2023-cü il səviyyəsində vəsait ayıracağına söz verməyib.
QAZİLER.AZ