Fransada Dövlət Şurası məktəblərdə əbayə qadağasının davam etdirilməsinə qərar verib.
Qaziler.az TRTHaber-ə istinadən bildirir ki, Fransada Dövlət Şurası məktəblərdə əbayə (uzun paltar) qadağasının davam etdirilməsi ilə bağlı hökumətin qərarını təsdiqləyib.
Dövlət Şurası 3 həmkarlar ittifaqının Təhsil Nazirliyinin məktəblərdə əbayəni qadağan edən qərarının icrasının dayandırılması tələbini dəyərləndirib.
Məhkəmə qeyd edib ki, qanunvericilik məktəblərdə şagirdlərə dini mənsubiyyətini göstərən simvol və ya geyim geyinməyi qadağan edir.
Dövlət Şurası bu qərarın “müvəqqəti qərar” olduğunu və yekun qərarı daha sonra verəcəyini qeyd edib.
QAZİLER.AZ