İsveçin Eskilstuna əyalətinin Arbi rayonunda məsciddə baş verən yanğının böyük ziyan vurduğu açıqlanıb.
Qaziler.az bildirir ki, İsveç ictimai radiosu SR-ə danışan Arbi məscidinin kommunikasiya direktoru Anas Deneçe məscidin qəsdən yandırıldığını bildirib.
Bir ildir məscidin yaxınlığında yaşayan bir ailədən təhdidlər aldıqlarını vurğulayan Deneçe: "Bir ildir ki, ailə tərəfindən təhdidlərə və fiziki hücumlara məruz qaldığımıza dair polisə xəbər vermişik. Məscidin qəsdən yandırıldığından əminik”.
Arbi polisindən verilən açıqlamada yanğından sonra məscidin tamamilə yararsız hala düşdüyü və yanğınla bağlı araşdırmalara başlanıldığı qeyd edilib.
QAZİLER.AZ