Efiopiya hava sərnişinləri tərəfindən istənilən formada və istənilən miqdarda qəhvə ixracını qadağan edib.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 25-də Rusiyanın Əddis-Əbəbədəki səfirliyi məlumat yayıb.
“Efiopiya gömrük orqanları tərəfindən yeni qaydanın tətbiqi ilə əlaqədar olaraq, Efiopiya qəhvəsinin hava sərnişinləri tərəfindən istənilən formada və istənilən miqdarda ixracı müvəqqəti olaraq qadağandır. Səfərləri planlaşdırarkən, Efiopiya hava limanında xoşagəlməz halların qarşısını almaq üçün sizə bu məlumatı nəzərə almağı məsləhət görürük”, - departamentin Telegram kanalında yaydığı mesajda deyilir.
QAZİLER.AZ