Kosovonun şimalında silahlı serb qruplaşması ilə polis arasında dünəndən bəri davam edən qarşıdurma sona çatıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, qarşıdurmada həyatını itirənlərin sayı 5-ə çatıb.
Kosovoda, Şimali Mitrovitsanın Leposaviç sərhəd bölgəsində polislə silahlı serb qruplaşması arasında dünən başlayan qarşıdurma başa çatıb.
Qarşıdurmada 4 silahlı zərərsizləşdirilib, 6 silahlı saxlanılıb. Dünəndən bəri davam edən qarşıdurmada 1-i polis olmaqla, ümumilikdə 5 nəfər həyatını itirib.
Yaralanan və Kosovo polisi tərəfindən saxlanılan serb silahlı qrup üzvlərinə xəstəxanada tibbi yardım göstərilib.
Serb Pravoslav Kilsəsi Banyska monastırında yerləşdirilən silahlı serblərin gecə saatlarında monastırı tərk etdiyini və hücum edənlərin hara getdiyinin bəlli olmadığını bildirib.
QAZİLER.AZ