ABŞ Sakit okeandakı Kuk adaları və Niue adalarını suveren və müstəqil dövlətlər kimi tanıyacaq və bu ölkələrlə diplomatik əlaqələr quracaq.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ prezidenti Co Bayden verdiyi açıqlamada Kuk adaları və Niueni suveren və müstəqil dövlətlər kimi tanıyacağını və iki ölkə ilə diplomatik əlaqələrin qurulacağını açıqlayıb.
ABŞ-ın Kuk adaları ilə İkinci Dünya Müharibəsindən bəri uzun bir əməkdaşlıq tarixi olduğunu bildirən Bayden, bu ölkə ilə əlaqələrin azad və açıq Hind-Sakit Okean regionunda qurulmasının qeyri-qanuni və qeydə alınmayan balıq ovu və iqlim dəyişikliyi ilə mübarizəyə, iqtisadi artıma, iqtisadi inkişafa və yeni adaların yaradılmasına töhfə verəcəyini söylədi.O, bunun imkanlar yaradacağını qiymətləndirdi.
Son zamanlar ABŞ Çinlə rəqabət çərçivəsində Hind-Sakit okean regionunda əməkdaşlığını təkmilləşdirməyə çalışır.
QAZİLER.AZ