Türkiyə Diyanət İşləri Başçısı Əli Ərbaş İsveçrənin Sürix şəhərində cümə namazını qılıb. Xütbə ilə dünyaya xitab edən Diyanət İşləri Başçısı Prof. Dr. Əli Ərbaş müharibələrin bitməsini istədiyini bildirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki,
Diyanət İşləri Başçısı Əli Ərbaş Sürixdəki Şaffhauzen Aksa məscidində xütbə oxudu, daha sonra cümə namazı qıldı.
Xütbəsinin bir hissəsini fransızca oxuyan Erbaş, namazdan sonra məscid camaatı ilə söhbət edib, məsləhətləşmələr aparıb.
Erbaş İsveçrədəki təmaslarını dəyərləndirərkən Türkiyədən birlikdə gəldikləri heyət və buradakı müsəlmanlarla cümə namazı qılmaqdan məmnunluğunu ifadə edib.
Əli Ərbaş “Müharibələr bitsin, dünya hamımıza bəsdir” deyə vurğulayıb.
Mövlud-i Nəbi Həftəsi mesajlarını Avropadan çatdırmaq və Avropadakı vətəndaşlarla görüşmək üçün bu il İsveçrəyə gəldiyini bildirən Ərbaş deyib:
"İnşallah sabah Mövlud-ı Nəbi Həftəsi üçün Sürixdə gənclərimizlə görüşəcəyik. İsveçrə Dini Fondumuzun ümumi yığıncağını keçirəcəyik. İnşallah müxtəlif fəaliyyətlərlə işimizi ən yaxşı şəkildə tamamlayıb Türkiyəyə dönəcəyik".
Şaffhauzen Aksa məscidinin təməlini 4 il əvvəl qoyduqlarını xatırladan Ərbaş, məscidin qısa zamanda böyük fədakarlıqla tamamlanmasında əməyi olanlara təşəkkürünü bildirib.
QAZİLER.AZ