“Huawei” Talibana əfqanları izlməyə kömək edəcək

“Huawei” Talibana əfqanları izlməyə kömək edəcək backend

Çinin “Huawei” şirkəti Əfqanıstanın şəhərlərində videomüşahidə kameralarının quraşdırılması ilə bağlı “Talibanla” danışıqlar aparır.

Qaziler.az bildirir ki, bu barədə “Reuters” xəbər agentliyi ölkənin öz mənbələrinə istinadən xəbər verir. Hüquq müdafiəçiləri kameralardan müxalifəti yatırtmaq üçün istifadə oluna biləcəyindən qorxurlar.

“Hazırda biz təhlükəsizlik ekspertləri tərəfindən tərtib edilən Kabil təhlükəsizlik xəritəsi üzərində işləyirik. İş çox vaxt aparacaq”, - Əfqanıstan Daxili İşlər Nazirliyinin rəhbəri Abdul Mateen Kani bildirib.

Taliban nümayəndələri vurğulayırlar ki, Kabildə İslam Dövləti terrorçularına qarşı mübarizə məqsədilə videomüşahidə kameraları quraşdırılacaq. Qrup əvvəllər Əfqanıstanda həyata keçirilən bir sıra terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb. Kameraların quraşdırılmasının bir neçə il çəkəcəyi gözlənilir. Bununla belə, ekspertlər “Huawei”nın Talibanla razılaşmaya razı olacağına şübhə edirlər. Bu, təşkilatın xidmətlərin ödənilməsi ilə bağlı problemlərinin ola biləcəyi ilə əlaqədardır.

QAZİLER.AZ

Diaspora