"Zelenski prezident seçkilərində iştirakdan imtina edə bilər" - Yelena Zelenskaya

"Zelenski prezident seçkilərində iştirakdan imtina edə bilər" - Yelena Zelenskaya backend

“Ukraynanın hazırkı prezidenti Volodimir Zelenski növbəti prezident seçkilərində iştirakdan imtina edə bilər”.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu sözləri onun həyat yoldaşı Yelena Zelenskaya “Business Insider”ə müsahibəsində deyib. O qeyd edib ki, Zelenski Ukrayna cəmiyyətinin istəklərindən asılı olaraq, seçkilərdə iştirakla bağlı qərar verəcək.

"Bu qərar bizim cəmiyyətin prezident kimi ona ehtiyacı olub-olmamasından asılı olacaq. Əgər o hiss etsə ki, Ukrayna ictimaiyyəti onu daha ölkə lideri kimi görmək istəmir, o zaman çox güman ki, namizədliyini irəli sürməyəcək”, - Zelenskaya deyib.

Yelena Zelenskaya ərinin istənilən qərarını dəstəkləməyə hazır olduğunu bildirib. O qeyd edib ki, birinci prezidentlik müddətindən sonra ailənin artıq müəyyən təcrübəsi var.

QAZİLER.AZ

Diaspora