"Apple"ın sentyabrın 12-də keçirilən 'Wonderlust' tədbirində təqdim etdiyi “iPhone 15” modellərinin ilk tədarüklərində problemlər var. Sosial mediada paylaşım edən bəzi istifadəçilər, xüsusilə “iPhone 15 Pro” telefonlarının qutudan zədəli çıxdığını bildiriblər.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, paylaşılan görüntülərdə bəzi “iPhone 15 Pro” modellərinin ekranında yanlış hizalanma, kamera linzalarında ləkə, ekranda cızıqlar və müxtəlif nahiyələrdə zədələnmə əlamətləri olduğu görünüb.
Digər tərəfdən, telefonda qabarcıqlar və rəngi solmuş çərçivələr də var. Sözügedən problemlərin ABŞ, Çin və Avropa Birliyi bazarlarına göndərilən modellərdə müşahidə edildiyi bildirilib.
Qüsurlu modellərdən birini almısınızsa, etməli olduğunuz ilk şey tez bir zamanda “Apple” ilə əlaqə saxlamaq və yeni modeli mümkün qədər tez sizə göndərməkdir.
Qüsurlu “iPhone 15” almamaq üçün “Apple” və onun müqaviləli istehsalçılarının montaj xəttində lazımi düzəlişlər etməsini gözləyə bilərsiniz.
QAZİLER.AZ