Nyu-Yorkda İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin görüşü keçirilib

Nyu-Yorkda İqtisadi Əməkdaşlıq Təşkilatı xarici işlər nazirlərinin görüşü keçirilib backend

Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, qeyri-rəsmi görüşdə İƏT-ə üzv dövlətlərin diplomatları qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

İƏT-in baş katibi və Azərbaycan xarici işlər nazirinin müavini İƏT dövlət başçılarının Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək görüşünə və İƏT xarici işlər nazirlərinin Azərbaycanın Şuşa şəhərində keçiriləcək iclasına hazırlıqla bağlı hesabat təqdim ediblər.

 

 

Diaspora