Yaponiyanın Baş naziri LDP rəhbərlərini əvvəlki vəzifələrində saxlamaq niyyətindədir

Yaponiyanın Baş naziri LDP rəhbərlərini əvvəlki vəzifələrində saxlamaq niyyətindədir backend

Yaponiyanın Baş naziri Şinzo Abe Nazirlər Kabinetinin tərkibinin yenilənəcəyinin gözlənildiyi gələn həftə ərəfəsində hakim Liberal-Demokratik Partiyanın (LDP) rəhbər üzvlərini əvvəlki vəzifələrində saxlamaq niyyətində olduğunu bildirib.



Ötən ay yenidən LDP sədri seçilən Ş.Abe gələn həftənin ortalarında Nazirlər Kabinetinin tərkibində yerdəyişmələr etməyi və partiyanın rəhbərliyini yeniləməyi planlaşdırır.

Yamayka səfəri çərçivəsində jurnalistlərlə görüşən Ş.Abe bəyan edib ki, o, LDP-nin baş katibi Sadakazu Taniqakini, ümumi məsələlər şurasının sədri Tosihiro Nikaini və siyasi şuranın sədri Tomomi İnadanı əvvəlki vəzifələrində saxlamaq istəyir.

Ş.Abe, həmçinin seçki strategiyası komitəsinin sədri Tosimitsu Moteqini və onun müavini Masahiko Komuranı da əvvəlki vəzifələrində saxlamaq niyyətində olduğunu bildirib. O bəyan edib ki, rəhbərlik etdiyi hökumət Yaponiyada illik ümumi daxili məhsulu 600 trilyon yen (təqribən 5 trilyon dollar), doğumun orta səviyyəsini bir qadına 1,8 uşaq səviyyəsinə yüksəltmək, həmçinin tibbi xidmətlə məşğul olan işçilərin daimi iş yerinə malik olmasına imkan yaratmaq kimi yeni vəzifələri həyata keçirmək yolu ilə gedəcək. Baş nazir vurğulayıb ki, bu cəsarətli islahatları həyata keçirmək üçün onun partiya daxilində əlaqələndirilmiş siyasətə ciddi ehtiyacı var.

Nazirlər Kabinetinin tərkibində yerdəyişmələrə toxunan Ş.Abe qeyd edib ki, qadınlar da daxil olmaqla, əsasən üzərinə düşən vəzifənin öhdəsindən ideal şəkildə gələn kadrların təyinatına üstünlük veriləcək. O, həmçinin kabinetin tərkibindəki nazirlərdən birini LDP-nin koalisiya tərəfdaşı olan Komey Partiyasından təyin etmək niyyətində olduğunu bildirib.
Diaspora