Misir ordusunun xüsusi təyinatlıları Liviya ərazisində “İŞİD” qruplaşmasına qarşı əməliyyat keçiriblər. “RİA Novosti” agentliyinin məlumatına görə, nəticədə 150 silahlı məhv edilib, onlarla “İŞİD” üzvü əsir götürülüb.
Sky News Arabia telekanalı xəbər verib ki, Liviya hökumət qoşunları ilə əlaqələndirilən reyd Derna şəhəri yaxınlığında, terrorçuların təlim düşərgəsinin ərazisində baş tutub. Döyüş nəticəsində 2 misirli hərbçinin həlak olduğu bildirilir.